Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Biləsuvardan paytaxt ərazisinə külli miqdarda narkotik vasitələr gətirmək istəyən şəxslər saxlanılıblar – FOTO


Biləsuvardan paytaxt ərazisinə külli miqdarda narkotik vasitələr gətirmək istəyən şəxslər saxlanılıblar – FOTO

15 avqust 2024, Cümə axşamı
763
0
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı əməliyyat keçiriblər.

Tədbirlərlə 46 yaşlı Rəşad Həsənov və 38 yaşlı Yusif Hacıyev saxlanılıblar. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Bilesuvarinfo"ya verilən məlumata görə, onlardan ümumilikdə 4 kiloqram marixuana və metamfetamin, əlavə olaraq 46 ədəd metadon həbi aşkarlanıb.

Araşdırmalarla onların narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdikləri və Bakı şəhəri ərazisində deyiləcək ünvanlara çatdırmağa razılaşdıqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan