Biləsuvarda 9 kiloqram müxtəlif növ narkotik vasitələr və psixotrop maddə aşkarlanıb

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Bilesuvarinfo"ya verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Abşeron rayon sakini Sahib İsmayılov saxlanılıb. Ondan ümumilikdə 5 kiloqrama yaxın tiryək, marixuana, metamfetamin, əlavə olaraq 140 ədəd metadon həbi aşkarlanaraq götürülüb.
Şöbə əməkdaşlarının Biləsuvar rayonu ərazisində narkotiklərin qeyri-leqal dövriyyəsinə qarşı keçirdikləri digər əməliyyat zamanı isə Bakı şəhər sakini Rövşən Allahverdiyev idarə etdiyi avtomobillə saxlanılıb. Həmin nəqliyyat vasitəsindən ümumilikdə 4 kiloqram tiryək, heroin, marixuana və metadon həbləri aşkarlanıb. Araşdırmalarla hər iki şəxsin xaricdə yaşayan narkotacirlər tərəfindən kuryerliyə cəlb edildikləri və aşkarlanan narkotik vasitələri pul müqabilində Bakı şəhəri ərazisinə çatdırmağa razılaşdıqları müəyyən edilib.
Araşdırmalar aparılır.
Müzakirə edin
Həmçinin oxuyun:

18 oktyabr 2023, Çərşənbə
Biləsuvar polisi iranlını külli miqdarda narkotik və psixotrop maddə ilə saxladı

23 avqust 2023, Çərşənbə
Biləsuvarda saxlanılan narkokuryerlərdən 19 kiloqram narkotik vasitə aşkarlanıb - FOTO - VİDEO
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.