Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Biləsuvarda evlərdən oğurluq edən şəxslər saxlanılıb


Biləsuvarda evlərdən oğurluq edən şəxslər saxlanılıb

13 oktyabr 2023, Cümə
1 150
0
Biləsuvar şəhəri ərazisində yerləşən yaşayış evlərinin birindən məişət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Bu barədə "Bilesuvarinfo"ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən rayon sakini T.Şatanov və bir nəfər yeniyetmə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla saxlanılan şəxslərin müxtəlif vaxtlarda rayon ərazisindəki daha 2 yaşayış evindən də oğurluq etdikləri müəyyən olunub. Oğurlanan əşyalar onların gizlətdiyi yerdən aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan