Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Biləsuvarda 2 nəfər dəm qazından zəhərləndi, 1 nəfər bıçaqlandı


Biləsuvarda 2 nəfər dəm qazından zəhərləndi, 1 nəfər bıçaqlandı

21 noyabr 2022, Bazar ertəsi
1 168
0
Biləsuvar rayonunda iki nəfər dəm qazından zəhərlənib.

"Bilesuvarinfo"
xəbər verir ki, hadisə rayonun Ağayrı kəndində qeydə alınıb. 

Belə ki, bir evdə olan kənd sakinləri, 1962-ci il təvəllüdlü kişi və 1975-ci il təvəllüdlü qadın dəm qazından zəhərləniblər. 

Zəhərlənən şəxslər rayon xəstəxanasına çatdırılıb. 

Digər hadisə isə rayonun Xırmandalı kəndində olub.

Belə ki, kənd sakini, 1991-ci il təvəllüdlü kişi bıçaqlanma ilə rayon xəstəxanasına gətirilib. 

Biləsuvar rayon Mərkəzi Xəstəxanasından "Bilesuvarinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hər 3 şəxsə lazımi tibbi yardım göstərilib:

"Ölüm halı qeydə alınmayıb".

Faktlarla bağlı araşdırma aparılır.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan