» » » Biləsuvarda müasir tamburlu suvarma sistemlərinin tətbiqinə başlanılıb


Biləsuvarda müasir tamburlu suvarma sistemlərinin tətbiqinə başlanılıb

Suvarma suyunun qıtlığı zamanında suya olan ehtiyacın ödənilməsi müasir tamburlu suvarma sisteminin tətbiqində görürlür. 

“Bilesuvarinfo” xəbər verir ki, bu məqsədlə dövlət dəstəyinin genişlənməsi biləsuvarlı fermerlərin müasir suvarma sistemlərinin quraşdırılmasında marağı artırıb. Ötən ildən rayonda  üç iri sahibkar  lizinq yolu ilə əldə etdiyi bu yeniliyin  təsərrüfatlarda tətbiqinə başlayıb.
“ARB” televiziyasına yeni suvarma texnologiyasının üstünlüyündən danışan fermer Rafiq Bədəlov bildirmişdir ki,  24 hektar taxıl əkinin iki dəfə suvarmışam: “Bundan sonra da 22 hektarda pambıq suvaracam və bütün vegetasiya müddətində suvarmasını da onunla suvaracam. Özəlliklərinə gəlincə suyu az istifadə edir, 70 faiz suya qənaət edir. Məhsuldarlığı 30 faiz artırır. Sahədə kanal çəkilmir. Və sahəyə qoşandan sonra mən gedib başqa işlərimi görürəm.

Qurğunun su sərfiyyatı norması 1 hektar üçün 500-1000 kub metr arası təyin olunur. Eləcə də  reduktorun köməyilə şlanqyığma sürəti, su mənbəyindən maşının girişinə verilən suyun həcmi və təzyiqi hesabına tənzimlənir. Şlanq yığılıb açılan zaman araba sahə boyunca 54 metr enlikdə, 530 metr uzunluqda  və yaxud birbaşa 3 hektara yaxın sahəni suvara bilir. ”
Aparılan müşahidələrə görə havanın orta temperaturu son illərdə 0,8-1,8 dərəcə artıb, atmosfer yağıntılarının miqdarı isə orta hesabla 8-10 faiz azalıb. Ölkədə su təzhizatında yaranan ciddi problemlər, xüsusilə payızlıq əkinlərin vegetasiya dövründə quraqlıqla daha çox özünü biruzə verir. Bu isə bitkilərə düzgün aqrotexniki qulluq etməyə imkan vermir, ciddi fəsadlar törətməklə, məhsuldarlıq aşağı düşür. Hər il təkcə payızlıq əkinlər üzrə 30 min hektardan artıq  buğda və arpa bitkisinin əkinini həyata keçirən Biləsuvar rayonunda da fermer və sahibkarlar durumdan qismən də olsa, çıxış yolunu  müasir suvarma  sistemlərinin tətbiqində  görürlər.
Qeyd edək ki, Biləsuvar DAİM- dən bildirilmişdir ki, tərəfimizdən bütün fermerlərə  görüş zamanı müasir suvarma sistemlərinin tətbiqin təbliğat və təşviq edirik. Bu tipli qurğulardan hələlik 3 fermer tərəfindən alınmışdır. Bu işlə maraqlanan adamlara aqrolizinq yolu ilə qurğuların əldə olunması üçün yardımçı oluruq.
Bu tip suvarma sistemlərinin dəyərinin 40 faizi dövlət tərəfindən ödənilir. Fermerlər bu ildən müasir suvarma sistemi quraşdırılmasına görə ödənişləri “Fermer kartı”na köçürülmüş subsidiya məbləği hesabına da  nağdsız şəkildə ödəyə biləcək.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR