» » » Biləsuvarda taxıl biçini zamanı təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə əlaqədar iclas keçirildi


Biləsuvarda taxıl biçini zamanı təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə əlaqədar iclas keçirildi

5 iyun 2024-cü il tarixdə Biləsuvar Rayon İcra Hakimiyyətində rayonda taxıl biçini zamanı təhlükəsizliyin təmin edilməsi, habelə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi ilə əlaqədar iclas keçirildi.

"BILESUVARINFO" xəbər verir ki, iclasda Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Vəlahəddin Yunsurov, Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Nurəddin Quliyev, Biləsuvar Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Soltan Eyvazov, Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin Texniki Nəzarətin Təşkili üzrə baş məsləhətçisi Rəşadət Əskərov, Aqroservis ASC-nin Biləsuvar rayon bölməsinin müdiri İman Mehrəliyev, idarə, müəssisə, təşkilatların rəhbərləri, inzibati ərazi dairələri üzrə icra nümayəndələri, bələdiyyə sədrləri iştirak edib.

İclasda mühüm strateji məhsul olan taxıl və digər dənli bitkilərin vaxtında və itkisiz yığımı ilə əlaqədar həyata keçirilən tədbirlərdən, qarşıda duran təxirəsalınmaz vəzifələrdən danışılmışdır.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan