Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » “İki ildir gözləyirəm, hələ də araşdırma aparırlar”


“İki ildir gözləyirəm, hələ də araşdırma aparırlar”

11 dekabr 2022, Bazar günü
842
0
Vətən müharibəsi iştirakçısı Əfsun Əhmədli iki ildən artıqdır veteran stasusu ala bilmir. Cari ilin avqustunda onun “Bilesuvarinfo”da müraciətini dərc etmişdik. Bu zaman Müdafiə nazirliyindən bildirilmişdir ki, o, rəsmi formada müraciət etsin, aidiyyəti üzrə baxılıb, cavab veriləcək.

Ə. Əhmədli bu  tövsiyəyə əməl edərək, 30.08.2022-ci il tarixində Müdafiə nazirliyinə müraciət ünvanlayıb və qeyd edir ki, Nazirlikə etdiyim müraciətimə yenicə cavab verilib: “Əhmədli Əfsun Nadir oğlunun müraciəti N nömrəli hərbi hissədə baş tuşlayıcı vəzifəsində xidmət edib. Vətəndaşın sənədlərində çatışmamazlı olduğuna görə Nazirlər Kabineti tərəfindən geri qaytarılıb. Veteranlıq komisyası vətəndaşın sənədlərinin komplektləşdirilməsi üçün xidmətdə olduğu hərbi hissəyə telefonoqram göndərib, hazır olduqdan sonra yenidən nazirlər kabinetinə təqdim ediləcək.

Araşdırma doğurdanmı bu qədər zaman aparır?, iki ildir gözləyirəm, hələ də araşdıma aparırlar.. . Hansı ki, mən onsuz da daha əvvəlki vaxtlarda bu haqda nazirliyə, digər qurumlara müraciətlər etmişəm. Sonuncu rəsmi müraciətimdən az qala 4 ay ötsün, yenə gözləyin - deyirlər.. ."

Qeyd edək ki, Biləsuvar şəhər sakini olan  Əfsun Əhmədli Nadir oğlu 1997 – ci il təvəllüdlüdlüdür. Həqiqi hərbi xidmətə 2019 cu ilin oktyabırında yollanıb. Vətən Müharibəsi başlayanda bir il idi ki, cəbhə bölgəsində vətənə xidmət edirdi. Müharibədə Fizulinin, Qubadlının və Şuşanın alınmasında iştirak edib. Baş tuşlayıçı kimi uğurlu döyüş əməliyyatlarının iştirakçısı olub. Cənab Prezident İlham Əliyev tərəfindən Füzuli, Qubadlı və Şuşanın alınmasına görə təsis olunan   medalların hər biri ilə təltif olunub. 1 il 9 ay hərbi xidmətdən sonra 2021 – ci ilin  iyulunda ordudan təxris olunub.
Əfsunun əvvəlki müraciəti: 

http://bilesuvarinfo.az/1107-sexsiyyet-vesiqem-olmadan-meni-xidmete-apardilar-indi-veteranlig-ala-bilmirem.html
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan