- 29 avqust, 16:04
- 979 dəfə oxunub
- 0
"Şəxsiyyət vəsiqəm olmadan məni xidmətə apardılar, indi veteranlığ ala bilmirəm"
“Bilesuvarinfo”ya bu haqda danışan Biləsuvar şəhər sakini Əfsun Əhmədli Nadir oğlu 1997 – ci il təvəllüdlüdlüdür. Həqiqi hərbi xidmətə 2019 cu ilin oktyabırında yollanıb. Vətən Müharibəsi başlayanda bir il idi ki, cəbhə bölgəsində vətənə xidmət edirdi. Müharibədə Fizulinin, Qubadlının və Şuşanın alınmasında iştirak edib. Baş tuşlayıçı kimi uğurlu döyüş əməliyyatlarının iştirakçısı olub. Cənab Prezident İlham Əliyev tərəfindən Füzuli, Qubadlı və Şuşanın alınmasına görə təsis olunan medalların hər biri ilə təltif olunub.
Əfsun 1 il 9 ay hərbi xidmətdən sonra 2021 – ci ilin iyulunda ordudan təxris olunub. Bu gün onu narahat edən, veteranlığını ala bilməməsidir. Sözlərinə görə, DSMF - in qaynar xəttinə müraciət də etmişəm, siyahıda adımının olmağını bildirdilər. Hərbi Komisarlıqdan veteranlığının veriləcəyini deyilsə də, bu mümkün olmayıb: “Komisarlıqdan bunun səbəbi, onun hərbi xidmətə gedərkən şəxsiyyət vəsiqəmin olmaması deyiblər. Xidmətə gedərkən isə, ümmiyyətlə şəxsiyyət vəsiqəm olmamışdır, vaxt verin vəsiqəni götürüm, sonra məni xidmətə aparın - desəm də, müraciətimi eşitmədilər, şəxsiyyət vəsiqəm olmadan məni xidmətə apardılar. “
Əfsun Əhmədlinin müraciəti ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar Rayon Şöbəsi ilə əlaqə saxlayıb məsələyə aydınlıq gətirdik. Buradan bildirildi ki, bu iş xidmətin səslahiyyətləri çərcivəsində həllini tapan məsələ deyil, aidiyyəti üzrə çavablandırılsa yaxşı olar.
Bu arada Əfsuna xidmətdə olduğu, Beyləqan rayoninda hərbi hissəyə getməyi tövsiyə olunur. Buraya şəxsiyyət vəsiqəsini (hərbi xidmətə gedərkən olmadığıdan) təqdim etdikdən, Müdafiyə Nazirliyinə aidiyyəti üzrə - göndərildikdən sonra, veteranlığın təstiq olunacaq - deyilir. Əfsun hərbi hissədə, tələb olunan sənəti təqdim edib, bu müddətdən 4 ay da keçib anacaq, yenə onun veternalığı təstiq olunmayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə problemin həlli üçün Dost Mərkəzinə müraciət etməsi töfsiyyə olunub. Dost Mərkəzinə müraciət edən Ə.Əhmədliyə isə, bu məsələ bizlik deyil, xidmət etdiyin hərbi hissəyə müraciət etməlisən - cavabı verilib. Bir sözlə məsələ ilə bağlı hələ ki, heç kim Əfsuna köməklik göstərmir və ya problemin necə həllini tapar - deyən bir kəs tapılmır.