Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Naxçıvandan gələn avtobus Biləsuvarda qəzaya düşüb - YENİLƏNİB - FOTOLAR


Naxçıvandan gələn avtobus Biləsuvarda qəzaya düşüb - YENİLƏNİB - FOTOLAR

30 noyabr 2024, Şənbə
1 467
0
Biləsuvarda yol qəzasında xəsarət alan şəxsin kimliyi məlum olub.

"Bilesuvarinfo"nun
məlumatına görə, qəza nəticəsində ağır xəsarət alan Naxçıvan şəhər sakini, 1977-ci il təvəllüdlü Təhminə Ələcova

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

TƏBİB-dən sorğuya cavab olaraq bildirilib ki, qadına sol mil-bilək nahiyəsinin, sol saidin aşağı nahiyəsinin travması diaqnozu təyin edilib: "Hazırda pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir".

Qeyd edək ki, Naxçıvandan Bakıya gedən avtobus Biləsuvar rayonu ərazisində betonqarışdıran "Kamaz"la toqquşub. Qəza nəticəsində yük maşınının çəni yaxındakı minik avtomobilinin üzərinə aşıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

10:47

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

"Bilesuvarinfo"nun məlumatına görə, hadisə köhnə Bakı-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Naxçıvandan gələn avtobusla "Kamaz" toqquşub.

İlkin məlumata görə, yaralılar var.

Faktla bağlı araşdırma aparılır.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan