Yuxarı Ağalıda su arxının kənarından silah-sursat aşkarlanıb

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd "Kalaşnikov" konstruksiyalı avtomat, 9 ədəd daraq və 293 ədəd patron aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.
Bundan əlavə, Biləsuvar RPŞ-nin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi məqsədilə keçirdikləri profilaktiki tədbirlər nəticəsində 3 nəfər rayon sakini qanunsuz saxladıqları ov tüfənglərini könüllü olaraq polisə təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Müzakirə edin
Həmçinin oxuyun:

22 fevral 2024, Cümə axşamı
Yuxarı Ağalı kəndinin ərazisindəki əkin sahəsindən "Kalaşnikov" avtomatı aşkarlanıb

21 noyabr 2023, Çərşənbə axşamı
Köhnə Amankənddə əl qumbaraları və "Kalaşnikov" avtomatları aşkarlanıb - FOTO
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.