Biləsuvarda pirotexniki vasitələrin satıldığı mağazanın sahibi inzibati məsuliyyətə cəlb edilib

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər zamanı Biləsuvar şəhəri ərazisində yerləşən mağazalardan birində pirotexniki vasitələrin satıldığı aşkarlanıb.
Həmin mağazanın sahibi İ.Mehdiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci ( İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində isə rayon sakinlərindən könüllü olaraq təqdim edilən 3 ədəd müvafiq sənədləri olmayan ov silahı təhvil götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Müzakirə edin
Həmçinin oxuyun:

06 dekabr 2023, Çərşənbə
Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satılması halları aşkar edilib

21 noyabr 2023, Çərşənbə axşamı
Köhnə Amankənddə əl qumbaraları və "Kalaşnikov" avtomatları aşkarlanıb - FOTO

18 noyabr 2023, Şənbə
Biləsuvarda ətraf mühiti məişət tullantıları ilə zibilləyən şəxslər inzibati məsuliyyətə cəlb olunub

18 oktyabr 2023, Çərşənbə
Biləsuvar polisi iranlını külli miqdarda narkotik və psixotrop maddə ilə saxladı
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.