» » Biləsuvarda ətraf mühiti məişət tullantıları ilə zibilləyən şəxslər inzibati məsuliyyətə cəlb olunub


Biləsuvarda ətraf mühiti məişət tullantıları ilə zibilləyən şəxslər inzibati məsuliyyətə cəlb olunub


Biləsuvarda ətraf mühiti məişət tullantıları ilə zibilləyən şəxslər inzibati məsuliyyətə cəlb olunub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Bilesuvarinfo"ya verilən məlumata görə, sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması, ətrafın zibillənməsi halları aşkar edilib.
Ərazinin zibillənməsi halları ilə bağlı 3 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə inzibati qaydada protokol tərtib olunub.

Bundan əlavə, Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı keçirilən profilaktiki tədbirlər nəticəsində 2 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz saxladıqları ov tüfənglərini könüllü olaraq polisə təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR