Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Günəşlidə yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var


Günəşlidə yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var

29 oktyabr 2023, Bazar günü
1 650
0

Biləsuvar rayonunda yol qəzası baş verib.

"Bilesuvarinfo"nun
məlumatına görə, hadisə rayonun Günəşli kəndi ərazisində qeydə alınıb.
Belə ki, rayonun İsmətli kənd sakini, Müqəddəs Babayevin idarə etdiyi “VAZ 21011” markalı minik avtomobili hərəkətdə olarkən yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində sürücü və avtomobildəki sərnişinlər - Xəyal Əliyev və Tural Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan