17 yaşlı Səmədabad sakini Lerikdə çayda boğulub

Lerikdə 17 yaşlı yeniyetmə çayda çimərkən boğulub.
"Bilesuvarinfo"nun məlumata görə hadisə Lənkəran - Lerik yolunun 23 - cü km Piran kəndi ərazisində qeydə alınıb.
Bİləsuvar rayonundan Lerikə istirahətə gedən qohumlar istirahət mərkəzlərinin birində dayanıblar. Ailə üzvlərindən biri 2006 - cı il təvəllüdlü Allahverdi Mail oğlu Mehdiyev ərazidən keçən çayda çimərkən boğulub. A.Mehdiyev yaxınlarının köməyi ilə sudan çıxarılaraq təcili tibbi yardım avtomobili ilə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Müzakirə edin
Həmçinin oxuyun:

20 iyul 2023, Cümə axşamı
Lənkəranda dənzidə boğulma təhlükəsi ilə üzləşən iki Biləsuvar sakini xilas edilib
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.