» » Təmiri dünən yekunlaşmışdı, bu gün yandı - Foto


Təmiri dünən yekunlaşmışdı, bu gün yandı - Foto

Biləsuvar rayonunda ev yanıb.

“Bilesuvarinfo” xəbər verir ki, bu gün günorta saatlarında rayonun Xırmandalı kəndində evdə yanğın baş verib.

Belə ki, mənzilin sahibi Ramiz Şahmarov (1959-cu il il) ailə üzvləri ilə evdə olarkən, qəfildən evin damında qısaqapanmadan baş verən yanğının yayılmasından xəbər tutub. Bu zaman onlar yanğına qarşı özləri mübarizə aparsalarda nəticə verməyib. Ev sahibi və gəlini Xəyala Şahmarova (1996-cı il) yanıq xəsarətləri aldığından Biləsuvar RMX-na çatdırılıb. Qolları və tənəffüz yollarının yanığı alan X. Şahmarovanın xəsarəti ağır olduğundan ilkin tibbi yardım göstərildikdən sonra Bakı Yanıq mərkəzinə yola salınıb.  

Hadisə yerinə gələn yanğınsöndürənlər adı çəkilən köməksiz qalan xanımı yanğından xilas edib.  Ümumi sahəsi 120 m² olan birmərtəbəli, 3 otaqlı evin 1 otağının, dəhlizinin yanar konstruksiyaları 50 m² sahədə və dam örtüyünün taxta atmaları 40 m² sahədə yansa da yanğınsöndürənlərin gərgin səyləri sayəsində evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qeyd edək ki, Şahmarovlar ailəsi evlərinin damının yenisi ilə əvəz olunmasında başladıqları tikinti işlərini dünən yekunlaşdırmışdılar.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR