Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Aşağı Cürəli sakini Abşeronda faciəvi şəkildə dünyasını dəyişib


Aşağı Cürəli sakini Abşeronda faciəvi şəkildə dünyasını dəyişib

13 mart 2023, Bazar ertəsi
1 171
0
Abşeronda fəhlənin iş yerində ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə "Bilesuvarinfo"ya rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, martın 11-i saat 03 radələrində Abşeron rayonu ərazisində yerləşən kərpic zavodlarının birində fəhlə işləyən 1995-ci il təvəllüdlü Elşən Babayevin iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla Elşən Babayevin zavodda quraşdırılmış dəzgaha yıxılması nəticəsində almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

İş üzrə istintaq davam etdirilir.

"Bilesuvarinfo"nun əldə etdiyi məlumata görə, E. Babayev Biləsuvarın Aşağı Cürəli kənd sakinidir.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan