» » Əziz biləsuvarlılar, Biləsuvar şəhərinin təmizliyinə öz töhvəmizi verək!


Əziz biləsuvarlılar, Biləsuvar şəhərinin təmizliyinə öz töhvəmizi verək!

Biləsuvar şəhər Kommunal Müəssisələri Kombinatı tərəfindən Biləsuvar şəhəri ərazisində zibil tullantılarının daşınılmasında mövcud çatışmazlıqların aradan qaldırıması üçün tədbirlər planı müəyyənləşdirilmiş, bu istiqamətdə işlər ardıcıl aparılır.

“Bilesuvarinfo”ya bunu deyən Kommunal Müəssisələri Kombinatının direktoru Ceyhun Həyatov Biləsuvar şəhərinin təmiz saxlanılmasında mövcud bütün imkanların səfərbər olunduğunu qeyd edib. O, bu istiqamətdə görülən işlərdən, qarşıya çıxan çətinliklərdən danışarkən deyib:

- Qeyd edim ki, bu işlərin şəhər ərazisində tam əhatə olunması üçün görülməli işlərin həcmi çoxdur. Bu istiqamətdə vətəndaşların üzərinə düşən məsələ, mövcud təsərrüfatlardan zibil tullantılarının daşınması üçün müəssisə ilə müqavilə bağlamasıdır. Qeyd edək ki, hazırda bağlanılan müqavilələr mövcud təsərrüfatların heç 20 faizini əhatə etmir. Odur ki, bəzən qarşıya çıxan xoşəgəlməz mənzərənin aradan qaldırılması üçün Biləsuvar şəhər sakinlərini idarə ilə müqavilələrin bağlanılmasında anlaşmaya çağırırıq. Nəzərə almaq lazımdır ki, bu gün mənzillərdən zibil tullantıları şəhər ərazisində mövcud zibil kontenerlərinə atılır ki, hazırda olan kontenerlərin təlabatı ödəyə bilməməsi, işin həcminin kənar ərazilərdən buraya atılan zibillər hesabına kəskin çoxalması, zibillər daşınılmır!–şikayətinin səslənilməsinə gətirir".

C. Həyatov şəhər ərazisində  Heydər Əliyev, Mübariz İbrahimov küçələrində onlarla yeni zibil kontener meydançasının tikilməsindən danışarkən böyük əksəriyyətin gündəlik məişətindən çıxan zibillərinin nəzərdə tutulmayan yerlərə də atılmasını bidirdi: “Bütün bu zərurəti nəzərə alaraq, Biləsuvar şəhəri ərazisində mövcud bütün küçələrdə zibil tullantılarının daşınılması üçün yeni kontenerlərin yerləşdirilməsini qarşıya məqsəd qoymuşuq. Bunun üçün, Biləsuvar Bələdiyyəsi ilə birgə fəalığımızı artırmaqla qarşıya qoyulan məqsədə nail ola bilərik. Vətəndaşlar məişətdən çıxan zibillərinin daşınılması üçün müqavilə bağlamaqla, bu gün zibil tullantılarının pərakəndə atılmasının qarşısın almış, yaşadıqları küçənin, şəhərin səliqəli qalmasına köməkçi olar. Əgər belə olarsa, şəhərimizin təmiz saxlanılmasında öz töhvəmizi vermiş olarıq !.”

Qeyd edək ki, Biləsuvar şəhər Kommunal Müəssisələri Kombinatı tərəfindən şəhər ərazisindən zibil kontnerlərinə atılan tullantılar mövcud qrafikə uyğun olaraq daşınır. İşlərin vaxtında görülməsi üçün idarə tərəfindən daxili imkanlar hesabına 1 ədəd müasir tullantı daşıyan nəqliyyat vasitəsi alınıb. Zibil poliqonunda ( 4 ha ərazidə)tullantıların zərərsizləşdirilməsi mütamadi olaraq həyata keçirilir.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR