Uşaq bağçasında azyaşlı xəsarət aldı, müdir cəzalandırıldı
 Biləsuvar rayonunda güclü külək nəticəsində uşaq bağçasında bədbəxt hadisə nəticəsində 4 yaşlı uşaq ağır xəsarət alıb.
Biləsuvar rayonunda güclü külək nəticəsində uşaq bağçasında bədbəxt hadisə nəticəsində 4 yaşlı uşaq ağır xəsarət alıb. "Biləsuvarinfo"ya bu barədə məlumat Şirvan-Salyan Regional Təhsil İdarəsindən verilib.
"Hadisə 29 iyun 2022-ci il tarixdə Biləsuvar rayon Əliabad kənd uşaq bağçasında baş verib. Hadisə ilə əlaqəli bildiririk ki, güclü külək nəticəsində qapı dolaba çırpılıb, dolabın qapısı 4 yaşlı İbrahimli Mircihad Samir oğlunun başına dəyib və alın nahiyəsindən yaralanıb. Uşaq aldığı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Hadisə zamanı müəllim Quliyeva Reyhan Əzizağa qızı işdə olmayıb. O, səhhətində yaranan problemlərə görə bağça müdiri Əhmədova Şəfəq Adil qızından icazə alıb.
Uşağa xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hal-hazırda uşağın vəziyyəti normaldır. Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri uşağı evində ziyarət edib, vəziyyəti ilə yaxından maraqlanıb.
Əliabad kənd uşaq bağçasının müdiri Ş.Əhmədova bağçada əmək intizamına nəzarət etmədiyi və uşaqların təhlükəsizliyini təmin etmədiyi üçün Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən gələcəkdə əmək intizamı tənbehinə cəlb edilib".
Müzakirə edin
	Həmçinin oxuyun:
 
	02 iyun 2022, Cümə axşamı
	Baş mühəndis  dünyasını dəyişdi, fəhlə ağır zəhərləndi - YENİLƏNİB - FOTOLAR
				
				Şərhlər (0)
			
			
	İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
			
		    
		Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Türkiyə
Türkiyə Pakistan
Pakistan İsrail
İsrail Azərbaycan
Azərbaycan