İcra başçısı Faiq Qürbətov uzunömürlü Kübra Kazımovanı ziyarət etdi

Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı rayonda yaşayan uzunömürlü sakinlə görüşüb.
"Bilesuvarinfo" xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Ağayrı kəndində yaşayan rayonun ən uzunömürlü sakinlərindən olan kənd sakini, 101 yaşlı Kazımova Kübra Cavad qızını ziyarət edib.
Səmimi görüş zamanı Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Kübra nənənin səhətti ilə maraqlandı və ona can sağlığı diləyərək xoş arzularını çatdırdı.Görüş zamanı Kübra nənə öz keçmiş xatirələrindən, uzunömürlüyün sirlərindən danışdı.
4 övlad, 15 nəvə, 22 nəticə və 1 kötücə sahibi olan Kübra nənə ona göstərilən diqqət və qayğı üçün öz minnətdarlığını bildirdi və ağbirçək xeyir-dualarını çatdırıb.



http://bilesuvar-ih.gov.az/news/1158.html
Müzakirə edin
Həmçinin oxuyun:
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.



Türkiyə
Pakistan
İsrail
Azərbaycan