Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Biləsuvar mal-qara bazarının iş günü dəyişdirilib


Biləsuvar mal-qara bazarının iş günü dəyişdirilib

25 fevral 2025, Çərşənbə axşamı
1 620
0

Biləsuvar rayonunda fəaliyyət göstərən iri və xırdabuynuzlu heyvanların satış məntəqəsinin (Biləsuvar mal-qara bazarı) iş günü dəyişdirilib. 

Bu barədə İqtisadiyyat.az-a bir qrup sahibkar məlumat verib.

Məlumata görə, bu qərar bazarda alıcılıq qabiliyyətinin kəskin şəkildə aşağı düşməsi ilə əlaqədar sahibkarların müraciəti əsasında qəbul edilib.

Belə ki, bazar indiyədək yalnız həftənin 6-cı günü fəaliyyət göstərib. Amma digər qonşu rayonların mal-qara bazarları da həmin günü fəaliyyət göstərdiyindən bu, bazarda alıcılıq qabiliyyətinə mənfi təsir edib. Bu səbəbdən bazarda heyvan satışı kəskin şəkildə azalıb. Odur ki, bazarın iş gününün dəyişdirilməsinə qərar verilib.

Hazırda sahibkarların müraciəti əsasında bazarın mənfəətli iş gününün təyin edilməsi ilə bağlı sınaq işlərinə başlanılıb. Belə ki, ötən həftə bazarın iş günü həftənin 3-cü gününə dəyişdirilib, bu həftə isə bazarın fəaliyyəti 5-ci günə təyin olunub.

Aparılan sınaqlardan sonra bazarda alıcılıq qabiliyyətinin yüksəldilməsi üçün vahid iş günü müəyyən olunacaq.

Qeyd edək ki, Biləsuvarda hazırki mal-qara bazarı 2021-ci ilin sentyabr ayından rayonun Əliabad kəndində fəaliyyət göstərir. Buraya təxminən 15 rayondan alıcı və satıcılar gəlir. Alqı-satqı mərkəzinin ərazisi 4 hektar sahəni əhatə edir. Əvvəllər sözügedən bazar şəhərin girəcəyində yerləşib. Bazar ərazidə tez-tez tıxaclar olduğuna görə köçürülüb.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan