
Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik Sektorunun mütəxəsisləri rayon ərazisində fermerlərə məxsus taxıl sahələrində monitorinqlər keçirmişdir. Monitorinq zamanı bəzi taxıl sahələrində pas xəstəlikləri müşahidə edilmişdir.Bununla əlaqədar fermerlərə taxıl sahələrində pas xəstəliklərinə qarşı mübarizə tədbirləri aparılması ilə bağlı bəzi tövsiyyələr hazırlamışdır.Pas xəstəliyinin taxıl sahələrinə ciddi ziyan vurmaqla məhsuldarlığı xeyli aşağı saldığını nəzərə alaraq fermerlərə ətraflı məlumat verilməsini lazım bildik.
Hörmətli fermerlər, mövcud vəziyyətin ciddiliyini nəzərə alaraq xəstəliklə bağlı məlumatları və mübarizə tədbirləri barədə materialı Sizə təqdim edirik.
Taxılda pas xəstəlikləri
Ümumi məlumat:
Pas xəstəlikləri Bazidili göbələklərin Uredinales sırasına daxildir.Buğda bitkisində sarı pas, qonur pas və gövdə pası, arpada isə cırtdan pas xəstəlikləri yayılır.Bitkinin bioloji xüsusiyyətlərindən və təbii iqlim şəraitindən asılı olaraq, vegetasiyanın əvvəlində payızda və erkən yazda sarı pas,süd yetişmə mərhələsində qonur, mum yetişmə mərhələsində isə gövdə pası inkişafa başlayır. Azərbaycanda əsasən sarı pas və qonur pas xəstəlikləri daha geniş yayılır və taxıla ciddi ziyan vurur.
Sarı pas xəstəliyi: Törədicisi: Puccinia striiformis West göbələyi
Zərər vurduğu bitkilər: yumşaq buğda, bəzən də bərk buğda sortları sarı pas xəstəliyinə daha çox tutulur və məhsuldarlığa vurduğu ziyan xəstəliyin intensivliyindən və düşmə fazasından asılı olaraq asılı olaraq 10-30% hətda bəzən70%-əqədərçatabilir.Səciyyəvi əlamətləri: bitkinin yarpaqlarının üst hissəsində yarpaq uzunu sarı rəngdə nazik xətvari sarı rəngli ləkələrin-pustulların əmələ gəlməsidir. Xəstəliyin ilkin əlamətləri erkən yazda bitkilərin kollanma və boruyaçıxma mərhələsində üzə çıxır. Sünbülləmə mərhləsində xəstəlik yarpaqlarda assimilyasiya səthinin kiçəlməsinə, tənəffüs prosesinin güclənməsinə, buxarlanmanın artmasına və yarpaqların vaxtından tez quruyub tökülməsinə səbəb olur. Nəticədə dənin dolması prosesi tam getmir və əmələ gəlmiş dənlər cılızlaşdığı üçün 1000 dənin çəkisi normadan aşağı düşür. Göbələyin açıq-sarı rəngli spor kütləsi xaricə tökülür və toz şəklində yayılaraq, yenidən ətrafda olan sağlam bitkilərə sirayət olunur. Bitkilərin yetişmə mərhələsinə yaxın, bəzən də bundan xeyli əvvəl yarpağın alt hissəsində və digər orqanlarda göbələyin yağlı qara ləkələrdən ibarət qış sporları əmələ gəlir. Taxıl bitkiləri fəsiləsinə mənsub olan bir çox yabanı ot bitkiləri – çayır, eqilops, ceyran arpası və s. xəstəliklərinin yayılmasında əsas mənbələrdən biri hesab olunur.

Qonur pas xəstəliyi:Törədicisi:Puccinia recondite tritici göbələyi
Zərər vurduğu bitkilər: qonur pasın taxıllarda məhsuldarlığa vurduğu ziyan sarı pasla müqayisədə çox aşağıdır (6-10%). Bu, onun, vegetasiyanın sonunda, süd-mum yetişkənliyi fazasında əmələ gəlməsi ilə izah olunur.
Səciyyəvi əlamətləri: yarpaqlar üzərində dağınıq şəkildə kifayət qədər iri, qonur rəngdə pustullar-sporların əmələ gəlməsidir. Sporlar heç vaxt bir-biri ilə bitişik şəkildə olmur, ətrafları nekrotik və xlorotik ləkələrlə əhatələnir, yarpaqların alt hissəsində qara qonur rəngdə yağlı ləkələr şəklində əmələ gəlir.
Gövdəpası xəstəliyi:
Törədicisi: Gövdə pası xəstəliyinin buğda bitkisində törədicisi - Puccinia graminis göbələyidir. Səciyyəvi əlamətləri: Xəstəliyə bitkilərin gövdəsi, yarpaq qınları, bəzən isə sünbülün pulcuq və qılçıqları da yoluxur. Əvvəlcə orqanlardagöbələyinnarıncı-qonur rəngli uredoyastıqcıqları, vegetasiyanın sonunda isə qara rəngli teleytoyastıqcıqları əmələ gəlir. Güclü zədələnmiş gövdə və yarpaq qınlarında epidermis təbəqəsi dağılır. Gövdə pası xəstəliyinin törədicisi piknidi və esidi mərhələsində zirinc bitkisinin yarpağı üzərində inkişaf edir. Xəstəlik yüksək ziyanvericilik xüsusiyyətlərinə malik olmaqla yanaşı, məhsulun 70%-ə qədər məhvinə səbəb ola bilər. Hazırda “Ug99” (uqanda-99) kimi məlum olan gövdə pasının təhlükəli rası qonşu İran İslam Respublikasının Azərbaycanla 400-500 km məsafəlik sərhəd ərazisində tapılmış, hələki respublikamızda müşahidə edilməmişdir.
Mübarizə tədbirləri: Aqrotexniki və kimyəvi üsullarla aparılır
Aqrotexniki mübarizə: xəstəliklərə qarşı yüksək davamlılığa malik bir çox məhsuldar buğda sortlarının əkilməsi tövsiyə edilir; növbəli əkinlərin və sələf bitkilərinin tətbiqi; taxıl alaqlarına qarşı vaxtında mübarizə aparılmalı;
Kimyəvi mübarizə tədbirləri: aşağıdakı tərkibdə preparatların istifadə olunması məsləhətdir:
Toxumlar:• 60q/lTebukanazol-0.5l/ton
• Difenokonazol7.73%+Mefenoksam1.93% -1l/ton
Vegetasiyada:•Propikonazol 250gr/l+Siprokonazol 80 gr/l - 0.5l/ha
• Tebukonazol750qr/kq-0.3-0.35kq/ha
• Difenokonazol 150q/l + Propikonazol 150q/l - 0.4l/ha
Bir hektarlıq sahə üçün nəzərdə tutulmuş işçi maye 250-300l-dir. Qeyd: Pas xəstəliklərinə qarşı kimyəvi və aqrotexniki mübarızə tədbirləri
eyni aparılır.
Biləsuvar DAİM Bitkiçilik sektoru.