» » Şəhid atası vəfat etdi


Şəhid atası vəfat etdi

Biləsuvarda şəhid atası vəfat edib.

"Bilesuvarinfo"
xəbər verir ki, Birinci Qarabağ müharibəsi şəhidi Xanlar Qafarovun atası İsbət Qafarov bu gün 86 yaşında dünyasını dəyişib.

İsbət Qulam oğlu Qafarov 1939- cu ildə Lerik rayonunda anadan olub. 1973-cü ildən ailəsi ilə birlikdə  Biləsuvarın İsmətli kəndinə köçüblər. Elə həmin il İsbət kişi ilə Xanımbacı ananın ailəsində dördüncü övlad - balaca Xanlar dünyaya göz açıb. Halal zəhmətə qatlanan İsbət kişinin ailəsində 3 oğul, 4 qız övladı böyüyüb. Bütün şüurlu ömrünü yaşadığı kəndin kolxoz təsərrüfatında, sonradan fərdi ailə təsərrüfatında əkin-biçinlə məşğul olub.

Qeyd edək ki, şəhid Xanlar Qafarov 1993-cü ildə Zəngilan rayonu uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Biləsuvar rayon İsmətli kənd qəbiristanlığında torpağa tapşırılıb. Təhsil aldığı İsmətli kənd tam orta məktəbi şəhid X.Qafarovun  adını daşıyır. 

Bu gün aprelin 10-u X.Qafarovun şəhadətinin 32- ci ildönümündə atası İsbət Qafarov torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan