» » Biləsuvar Futbol Klubuna heç kəs sahib çıxmaq istəmir?


Biləsuvar Futbol Klubuna heç kəs sahib çıxmaq istəmir?

Biləsuvar Futbol Klubu 2023-cü ildə yaradılıb. Klubun 8-14 yaş arasi üç qrupda otuza yaxın yeniyetmə futbolçusu var. Böyüklərdən ibarət (16 yaşdan yuxar) elit komandası klubun əsas heyətidir.

Klubun rəbbəri Zəfər Kazımov bu haqda “Bilesuvarinfo”ya danışarkən bildirmişdir ki, ötən bir ildə komandalarımızda peşəkar fubolçuların sayı artıb: Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Region liqasında qrup mərhələsinin sonuna qədər mübarizə aparmışıq. Həvəskarlar arasında Azərbaycan Cempionatında və Azərbaycan Kubokunun  iştirakçısı olmuşuq. Bu yarışların qrup mərhələsində uğurlu çıxışlarımıza baxmayaraq, maliyyə çatımamazlığı səbəbindən mübarizəni yarıda qoyduq.

Yenə həvəsdən düşmədik, cari mövsüm, ötən ilin avqustunda komandanı yenidən təşkil edərək məşqlərə başladıq və bu ilin fevralınadək keçirdiyimiz 23 yoldaşlıq ( səfər və ev) yoxlama oyunlarında 19 qələbə, 2 bərabərlik, məğlubiyyətimiz isə 2 hesabla olub. Bu qələbələrimizdən bir daha ruhlanıb, yeni mövsümdə Region liqasında iştirak etmək üçün etdiyimiz müraciət, yüksək nəticələrimizə görə AFFA tərəfindən operativ cavablandırıldı. Təvəzovakarlıqdan uzaq olsa, deyim ki, ölkəmizin tanımmış klublarının komandamıza maraqları böyükdür, oyuncu transferi haqqında belə düşünürlər”. 

Z.Kazımov bildirmişdir ki, bu vaxta kimi ayaqda qalmağımız yalnız daxili imkanlarımız sayəsində olub: “ Rayonda ən böyük dəstəyi olan Biləsuvar Polis şöbəsinin rəisi Nəsib müəllimə minnətdarıq. Biləsuvar Gənclər evi “Kapital-Tədris” mərkəzi, sahibkarkar: Hacı Mirfizuli, Ramil Əsgərov, Alim Ağayev də bizə mümkün dəstəklərini əsirgəməyib”.

Təssüflənirik ki, bu işdə cavabdehlik daşıyan qurumların bizə davamlı dəstəyi olmur ki, qarşıya qoyduğumuz hədəfə çata bilək. Baxmayaraq bu münasibət başqa rayonlarda belə deyil, regional Gənclər idarəsi sanki yoxdur.Suponsorun olmaması fəaliyyətimizdə bizi dalana dirəyib. Bizə davamlı dəstək olunarsa, əminliklə deyirəm ki, nəinki rayonumuzun, gələcəkdə ölkəmizin idman nüfuzunda payımız olar”. 

Qeyd edək ki, hazırda ölkəmizdə Region liqasına start verilib, püşkatmadan sonra liqanın birinci turunda komandamız səfərdə  Cəlilabadın “Zəfər 44” komandası ilə qarşılaşacaq. Regon liqasının qalibi UEFA Regionlar liqasının cempionatına vəsiqə qazanacaq.

Məsələ ilə bağlı Biləsuvar Gənclər və İdman İdarəsindən münasibət öyrəndik. Idarə rəisi bildirdi ki, əlbəttə futbolçularımızın da uğurlu çıxışları, komandanın qələbəsi bizim adımzdır. Biz imkanlarımız çərçivəsində komandaya öz dəsətiyimizi əsigəməmşik. Maliyə dəstəyinin göstərilməsi bizim imkanlarımız xaricindən kənardır”.
Qələmə aldı: Surxay Şahbazov
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan