
“Regionpress.az” olaraq hüzür məclislərinin sadə və təmtəraqsız keçirilməsi ilə bağlı Biləsuvarın Nəsimi kəndinin ağsaqqalarla həmsöhbət olmaq mövcud ənənənin tarixi ilə yaxından tanış olmağa imkan verdi.
Belə ki, Ramiz Məmmədov bildirdi ki, nüfuzlu din xadimi, mərhum Mirbəşir Həşimov kədimizin sayılıb-seçilən, sözü eşidilən ağsaqqallarından olub: “Yaxşı yadımdandır. 1995-ci ildə imkansız bir ailədə rəhmətə gedən var idi, o, dəfn mərasimindən sonra kənd sakinlərinə müraciət etdi ki, bundan sonra hüzür məclislərinin təmtəraqlı keçirilməyək, ifrata yol verməyək. Bu dinizmizin tələb etdiyi qaydadır, lazımsız yerə insanlar xərcə-borca düşməlidir?.. . Bu gündən etibarən bütün kənd Mirbəşir ağanın çağırışına əməl edərək, hər kəs məclisləri təmtəraqsız, sadə şəkildə təşkil edir”.
Kənd sakini Ələddin Baxşıyev (təqaüddə olan müstəndiq): Kəndimizin Mir Məcid ağa Mirzəyev, Mirbşir Həşimov kimi ağsaqqlarının olması, onların dəyərli öyüd və nəsihətləri bizlər üçün bir mayak olub. Onun uzun illər dini ayinlərin, hüzür məclislərin icrasında müqəddəs kitabımız Qurani Kərimdə göstərilən qaydaların döğru əsası qoyulub və bu gün də hər kəs əməl edir. O, əsl el ağsaqqalı, kəndimizin axundu idi, hüzür məclislərində təmənnasız iştirak edib. Və bu gün də kəndimizdə bu ənənə saxlanılır, dindarlarımız hüzür düşən ailələrə təmənnasız xidmət göstərir. Həmçinin iki mağar da var ki, insanlar məclislərində bundan ödənişsiz istifadə edir. İmkanlı şəxslər ehsan süfərələrinə sərf edəcəkləri xərci, öz elinin hər hansı probleminə sərf eməklə əvəzləyir.
Kənd məktəbinin təqaüddə olan müəllimi Həsənxan müəllim (Əliyev) bildirir ki, bir vaxtlar bizim kəndimiz də hüzür məclislərinin təşkilində israfa yol verilirdi:” Müqəddəs Kitabımızda deyilir ki, 3 gün hüzr sahiblərinə əziyyət verməyin. Ancaq bu gün hüzürü düşən qonşudan geri qalmamağı düşünür. Əli çöngə kəsib, Vəli ondan geri ondan geri qalmayıb, mən kəsməsəm, kənddə dilə-dişə düşərəm, ayıb olar!”.
"Beləcə borca düşüb, balalarının boğazından kəsərək o, da ellə sürünür ki, kimsənin yanında xəcalətli qalmasın. Ancaq lazımsız yerə. Bizim kəndimizin timsalında bu heç çətin iş deyil. Ən başlıcası budur ki, bu təşəbbüs dövlət səviyyəsində də qaldırılıb. Bunu hər birimiz tərəfindən dəstəklənməsi də vacibdir”- o, sözlərinə əlavə edir.
Qələ aldı: Surxay Şahbazov

