Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Biləsuvarda 20 Yanvar şəhidlərinin xatirəsi yad edildi


Biləsuvarda 20 Yanvar şəhidlərinin xatirəsi yad edildi

20 yanvar 2025, Bazar ertəsi
1 626
0
Biləsuvarda 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi yad edilib.

"Bilesuvarinfo"
xəbər verir ki, faciə qurbanlarının 35-ci ildönümü ilə əlaqədar Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri rayonda 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni və Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərimizin əziz xatirəsini yad edib.

Anım mərasimində bildirilib ki,20 Yanvar faciəsi müstəqil Azərbaycan dövlətinin tarixinə xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb: " Azdlıq meydanına toplaşan xalqımızın milli birliyi Vətənimizi azadlığa qovuşdurdu. Məhz bu tarixdə tarixdən süzülüb gələn Vətənpərvərlik ruhumuzun  oyanışı, mübarizə əzmi döyüş ruhu torpaqlarımıza göz tikən erməni qəsbkarlarına qarşı mübarizə aparmağa imkan verdi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və ordumuzun Zəfəri nəticəsində üçrəngli bayrağımız bu gün müstəqil və güclü Azərbaycanımızın hər bir qarış torpağında, Qarabağda dalğalanır". 

Ziyrət iştirakçıları həmçinin rayonun Çaylı kəndində olaraq, 20 Yanvar şəhidi Əlimərdan Hüseynovun və Vətən müharibəsi şəhidlərinin kənd qəbristanlığındakı məzarlarını ziyarət ediblər.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan