» » Davam edən ağac təhlükəsi: aidiyyəti qurumlarsa hələ bir - birindən cavab gözləyir…


Davam edən ağac təhlükəsi: aidiyyəti qurumlarsa hələ bir - birindən cavab gözləyir…

Biləsuvar şəhərində, Heydər Əliyev prospekstində ömrünü başa vuran ağcların təhlükə mənbəyi olmasından söhbət açmışdıq. Belə ki,“Bilesuvarinfo”ya müraciətində  Biləsuvar şəhər sakini Sərdar Abbasov problemin həlli ilə bağlı vaxtaşırı olaraq aidiyyəti qurumlara etdiyi müraciətlər nəticəsiz qalmasından danışmışdır. O, rayonun mərkəzində qurumuş “Eladar şamı”nın ətrafında bir çox obyektlərin, yolun keçməsini nəzərə alıb, aidyyəti qurumlardan məsələyə tez  reaksiya verəcəklərin gözləsə də, süründürməçiliyin artıq bir ildir davam etdiyini qeyd etmişdir.

Məsələ ilə bağlı Biləsuvar Bələdiyyəsindən bildirilmişdir ki, biz üzərimizə düşən işi görərək, digər ərazidə olan bu kimi ağcların da kəsilməsi üçün  Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məktub ünvanlamışıq. Nazirliyin yanında  Dövlət  Ekoloji Ekspertiza Agentliyi tərfəindən müsbət Rəy verildikdən sonra ağaclrın kəsilməsi mümkün olacaq.
Dövlət Ekoloji Ekspertiza Agentliyinə ünvanladığımız sorğuya cavab verilib. Agentliyin mətbuat katib Elnur Ağayev bildirmişdir ki, sözügedən ərazidə ağaclarla bağlı torpaq mülkiyyətçisinə cavab məktubu vaxtında ünvanlanmışdır: "Zəruri tədbirlər görüldükdən və bu barədə məlumatlar təqdim edildikdən sonra daxil olan müraciət əsasında yaşıllıqların götürülməsinə münasibət bildiriləcək". Belə ki: 

- Qeyd etdiyiniz ünvanla bağlı bildiririk ki, əraziyə baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq mülkiyyətçiləri tərəfindən yaşıllıqlarla bağlı qanunvericiliyin tələblərində nəzərdə tutulmuş mühafizə qaydalarına  əməl edilmədiyi, həmçinin tikililərlə yaşıllıqlar arasında minimal ara məsafəsinin olmadığı faktı aşkarlanmış və bununla bağlı qanunamüvafiq tədbirlər görülərək məlumat verilməsi üçün torpaq mülkiyyətçisinə müvafiq məktub ünvanlanmışdır. Zəruri tədbirlər görüldükdən və bu barədə məlumatlar (müvafiq sənədlər əlavə edilməklə) təqdim edildikdən sonra daxil olan müraciət əsasında yaşıllıqların götürülməsinə münasibət bildiriləcək. 

Xatırladaq ki, "Yaşıllıqların götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən qurumuş, qəzalı, xəstəliklərə yoluxmuş ağacların götürülməsi üçün torpaq mülkiyyətçiləri - yəni müvafiq olaraq mərkəzi, yerli icra hakimiyyəti orqanları və ya bələdiyyələr rəy alınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət etməlidirlər.

Nazirliyin müvafiq əməkdaşları tərəfindən sözügedən ağaclara baxış keçirilir və onların götürülməsinə müsbət rəy verildikdə torpaq mülkiyyətçiləri müvafiq qərar və yaşıllığın götürülməsi vərəqi əsasında ağacların götürülməsi həyata keçirilir. Buna götürülən hər bir ağacın əvəzinə dərhal yenisinin əkilməsi şərti ilə icazə verilir.

Torpaq mülkiyyətçiləri mütəmadi olaraq ərazilərində ağacların vəziyyətini yoxlamalı, yaşıllığa zərər vurmamaq şərti ilə aqro-texniki qulluq göstərməli, gövdə ətrafı bərkitmə işləri aparmalı, eyni zamanda qurumuş, qəzalı, xəstəliklərə yoluxmuş ağac və kolların götürülməsinə rəy alınması üçün isə Agentliyə müraciət etməlidirlər. Çünki ağac 1 həftəyə, 1 aya qurumur, odur ki, mütəmadi aqrotexniki qulluq göstərilməsi sayəsində həm yaşıllıqların ömrünü uzatmaq, həm də onları təhlükəsiz vəziyyətə gətirmək olar.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR