- 22 dekabr, 16:53
- 142 dəfə oxunub
- 0
Təhlükə mənbəyidir, edilən müraciətlər cavabsız qalır
Bunları “Bilesuvarinfo”ya müraciətində qeyd edən Biləsuvar şəhər sakini Sərdar Abbasov bildirir ki, problemin həlli ilə bağlı vaxtaşırı olaraq aidiyyəti qurumlara etdiyim şifahi müraciətlərimiz də nəticəsiz qalıb. Ana təbiətin ağ ciyəri sayılan ağacları qorumaq hər kəsin vətəndaşlıq borcu sayılır. Yaşıllıqlara vurulan hər hansı bir ziyana görə aidiyyəti qurumların zamanında reaksiya verməsi təqdirəlayiq haldır, bunu alqışlayırıq, Ancaq qurumuş ağacların insan həyatı üçün yaratdığı təhlükəni aradan qaldırmaqda əsl süründürməçlik edirlər.
O, rayonun mərkəzində, Heydər Əliyev prospektində qurumuş “Eladar şamı”nın ətrafında bir çox obyektlərin, yolun keçməsini nəzərə alıb, aidyyəti qurumlardan məsələyə tez reaksiya verilməsini xahiş edir.
Məsələ ilə bağlı Biləsuvar Bələdiyyəsindən münasibət öyrəndik. Bələdiyyə sədrinin müavini Malik Qədirov bildirdi ki, qaydalara əsasən şəhər ərzisində digər ünvanlar da qurumuş ağaclara “Rəy”in alınması üçün Ekoloğiya Təbii Sərvətlər Nazirliyinin 3 saylı Şirvan Regional İdarəsindən ekspert qrupu dəvət etmişik: “ Nümayəndələr ərazidə olaraq, ağacların həqiqət yanması təsdiqləndi, şəkillər çəkildi. Ancaq xeyli müddətdir bu ağacların kəsilməsi üçün təqdim olunan “Rəy” göndərilməyib. Bu sənəd təqdim olunduqdan sonra ağacın kəsilməsi mümkündür".