Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Xırmandalı kəndində "Ahıllar bağı"nın əsası qoyuldu


Xırmandalı kəndində "Ahıllar bağı"nın əsası qoyuldu

21 dekabr 2024, Şənbə
1 567
0
Balharı çayının Xırmandalı kəndindən keçən hissəsində, uzun illərdən bəri tullantıların atıldığı ərazi təmizlənərək, yerində "Ahıllar bağı"nın salınmasına başlanılıb.

Bu gün kənd icra nümayəndəliyinin təşəbbüsü ilə keçirilən iməclikdə bu əraziyə 100-ə yaxın Xan çinarı və Eldar şamı ağacları əkilib.

Kənd sakinlərinin aktiv şəkildə iştirak etdiyi iməclikdə əkilən ağaclar suvarıldıqdan sonra,  bağın salındığı ərazi hasara alınıb. Əhalinin istirahəti üçün salınan “Ahıllar bağı"nın lazimi şəraitlə təmin olunması üçün digər zəruri işlər də davam etdiriləcəkdir.

Qeyd edək ki, bağın salınmasında sahibkar Əflan  Əmənovun yaxından dəstəyi olub.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan