» » Ağac əkmək savab işdir, amma ağaca qulluq etmək ondan da böyük mərhəmət və xeyirxahlıq nümunəsidir


Ağac əkmək savab işdir, amma ağaca qulluq etmək ondan da böyük mərhəmət və xeyirxahlıq nümunəsidir

Son illər Biləsuvar rayonunda yeni yaşıllıqların salınması istiqamətində təşkil olunan ağacəkmə kompaniyalarında müxtəlif ünvanlarda yüzlərlə ağac və gül kolları əkilib. 

“Bilesuvarinfo”
xəbər verir ki, 2021-ci ilin oktyabrında Biləsuvar şəhərində qəbiristanlıq ərazisində şəhid atalarının da qatıldığı iməclikdə biləsuvalı şəhidlərin xatirəsinə ağaclar əkilib.

Bu gün sözügedən ərazidə əkilən ağaclara edilən nümunəvi qulluq sayəsində, burada nümunəvi mənzərəyə şahid olarıq. Digər bir çox ərazilərdən fərqli olaraq burada həmişəyaşıllar qol-budaq atıb. İndi 200 şəhidin hər birinin xatirəsinə əkilən ağaclar cərgəsində göz oxşayır. 

Bu yerdə qeydə edək ki, bir çox iməcliklərdə ərazilərdə əkilən ağaclar becərilməyib. Necə deyərlər: “Ağac əkmək savab işdir, amma ağaca qulluq etmək ondan da böyük  mərhəmət və xeyirxahlıq nümunəsidir” olması unudulub.

Ümid edirik ki, yaşıllıqlara qarşı davam edən bu münasibət əsaslı dəyişəcək, “əkilənlər”in yox, “becərilənlər”in sayı çox olsun. Gələcəkdə ağacəkmə aksiyalarından xatirə qalan fotolar qarşımıza çıxanda, əkdiyimiz ağacları da göstərmək üçün sözümüz olsun.. .
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan