Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » “Sağlam bədəndə sağlam ruh!” devizi altında idman yarışları keçirildi


“Sağlam bədəndə sağlam ruh!” devizi altında idman yarışları keçirildi

30 oktyabr 2024, Çərşənbə
1 460
0
Biləsuvarda “Sağlam bədəndə sağlam ruh!” devizi altında idman yarışları keçirildi.

"Bilesuvarinfo" xəbər verir ki, Biləsuvar Olimpiya İdman Kompleksində Rayon İcra Hakimiyyətinin, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun, Rayon Polis şöbəsinin birgə təşkilatçılığı ilə “Sağlam bədəndə sağlam ruh!” devizi altında idmanın kross və gimnastika növləri üzrə respublika yarışlarının rayon birinciliyi keçirildi.

Tədbirdə Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun müdiri Azad Quliyev, Rayon Polis şöbəsinin kadrlar və peşə hazırlığı üzrə baş mütəxəssisi Faiq Məmmədov, Daxili İşlər Nazirliyi İdman cəmiyyətinin əməkdaşları və gənclər iştirak ediblər.

Çıxış edənlər əvvəlcə rayonda idmanın kütləviliyinin artırılmasından ötrü həyata keçirilən tədbirlərdən danışıb, idmançılara uğurlar arzulayıblar. Sonra müxtəlif idman sahələri üzrə idmançılar öz güclərini sınayıblar. 20-25 yaşlı gənclər arasında turnikdən dartınma, 1000 metr məsafəyə kross qaçışı keçirilib.

Sonda yarışların qalibləri diplom, medal və hədiyyələrlə mükafatlandırıldılar. 

Qeyd edək ki yarışlar Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin birgə tədbirlər planına əsasən keçirilmişdir.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan