Bu gün Azərbaycanda prokurorluq işçilərinin peşə bayramıdır.
"Bilesuvarinfo" xəbər verir ki, ölkədə hər 1 Oktyabr- Prokurorluq işçilərinin peşə bayramı günü ilə əlaqədar olaraq Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azər Cəfərov, Biləsuvar Rayon Prokuroru Ramin Nağdəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və Biləsuvar rayon prokurorluğunun işçiləri Heydər Əliyev parkına gələrək Ulu Öndərin abidəsini ziyarət edib, əziz xatirəsinə tər çiçəklər düzdülə
Tədbirdə bildirilmişdir ki, 17 iyul 1998-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin imzaladığı Sərəncamla oktyabr ayının 1-i ölkəmizdə prokurorluq işçilərinin peşə bayramı günü kimi təsis edilmişdir. Respublikamızda prokurorluq orqanlarının formalaşmasında da xalqımızın Ümummilli lideri Heydər Əliyevin müstəsna rolu olub. Ulu Öndərin iradəsi ilə gerçəkləşən bu əlamətdar gün prokurorluq işçilərinə dövlət səviyyəsində göstərilən qayğının və hərtərəfli dəstəyin əyani təzahürüdür. Bu gün də canab Prezident İlham Əliyev tərəfindən prokurorluq orqanlarına yüksək etimad, dövlət səviyyəsində hərtərəfli diqqət və qayğı göstərilir, onun fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün müvafiq tədbirlər görülür. Azərbaycan Prokurorluğu milli maraqların və qanunun aliliyinin təmin olunmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət edir.
İştirakçılar prokurorluq işçilərini peşə bayramları münasibətilə təbrik edərək onlara ictimai-siyasi sabitliyin, dövlətçiliyimizin maraqlarının cinayətkarlardan qorunması, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi işində uğurlar arzuladılar.