» » Biləsuvarda dəryazçılar mübarizə apardı


Biləsuvarda dəryazçılar mübarizə apardı

Ölkədə Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyi münasibətilə silsilə tədbirlər keçirilir.

"Bilesuvarinfo'"
xəbər verir ki, bu məqsədlə Biləsuvar rayonunda Zəfər parkında 'Iti dəryazçı" otbiçmə yarışması təşkil olunub. Yarışda rayon kəndlərindən təmsil olunan 20 komanda mübarizə aparıb.

Daha sonra Gənclər paradında gənc idmançılar qara zurnanın sədaları altında  yürüş edib. Heydər Əliyev parkında toplaşan gənclər burada müxtəliv növ idman nümunələri nümayiş etdirib.

Qeyd edək ki, 'Iti dəryazçı" yarışmasının qaliblərinin mükafatlandırma mərasimi də olub. Belə ki, Nərimankən kəndinin komandası birinci, Aşağı Cürəlidən olan komanda ikinci,  Günəşli kəndinin komandası isə üçüncü yerlərə sahib çıxıb. Qalib komandalara Fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub. 
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR