Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » İsmətli kəndinin adını bidirən müasir lövhə quruldu


İsmətli kəndinin adını bidirən müasir lövhə quruldu

03 mart 2024, Bazar günü
951
0
Biləsuvar rayonunun  İsmətli kəndinin adı kəndin girişində müasir lövhədə əks olunub. 

“Bilesuvarinfo”
xəbər verir ki, sözü gedən ünvan lövhəsi ərazidə yeni və müasir görünüşü ilə xüsusi diqqət cəlb edir. Lövhənin dəmir-beton konstruksiyası ucaldıldıqdan sonra üzərinə müasir ornamentlərlə zəngin bəzək elementləri əsasında  kiçik ölçülü parlaq üzlük  daşlarından istifadə olunub.

Tikinti işləri və  lövhənin hazırlanması kənd sakini Kərbəlayi Əflan Əmənovun təşəbbüsü  və xeyriyyəçiliyi ilə hazlrlanıb. O, bildirmişdir ki, bu işi görməyim dogma kəndimə olan sevgimdir. 

Bu gün lövhənin açılışında olan kənd ziyalıları Ə.Əmənovun bu nəcib işini yüksək qiymətləndirib, ona təşəkkür ediblər.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan