
Biləsusar rayonunun ərazisində adının əks olunan lövhələrdən biri yenisi ilə əvəzlənib.
"Bilesuvarinfo" xəbər verir ki, bu haqda müəllim Azər Əliyev danışıb.O, qeyd edib ki, bir müddətdən bəri yararsızlığı ilə seçilən lövhə yenisi ilə əvəz olunub.

Belə ki, Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı müəllimin şəxsi təşəbbüsü və maliyyə dəstəyi ilə rayonun cənub tərəfindəki girişində əzəmətli lövhə yenidən bərpa olunub.
Qeyd edək ki, sözügedən lövhənin yararsızlığı, sosial şəbəkələrdə də tənqid olunurdu.
