» » "MKT İK" MMC  bu kənddə məktəbliləri sevindirdi


"MKT İK" MMC  bu kənddə məktəbliləri sevindirdi

31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Biləsuvar rayon Xırmandalı kənd 2 nömrəli tam orta məktəbdə tədbir təşkil olunub. 

"Regionpress.az" xəbər verir ki, "MTK MMC" in təşəbbüsü və dəsdəyi  ilə  bayram şənliyi bu  məktəbdə daha rəngarəng, maraqlı baş tutub.

Tədbir məktəb direktoru Rəşad Əliyevin tədbir iştirakçılarını qarşıdan gələn Yeni il münasibəti ilə təbrik etməsi ilə başlayıb.

"MKT İK" MMC Biləsuvar filialının direktoru müavini  Miryusif Həşimov şənlik iştirakçılarına çalışdığı müəssisənin rəhbərliyinin təbrikini çatdırıb. O, şagirdlərə  yeni ildə təhsildə daha yüksək fəallıq, gələcəkdə  dövlətimizçün savadlı və bacarıqlı kadrlar olmağı arzu etdi.

Bayram şənliyində uşaqların böyük sevincinə səbəb olan  Şaxta baba və Qar qız meydana daxil olub.

Tədbirin sonunda şənlikdə iştirak edən şagirdlərə  hədiyyələr təqdim edilib. Rəngarəng konsert proqramı iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.








Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR

Şəhid Namiq Abış oğlu Mailovun doğum günündə xatirəsi yad edildi

Şəhid Namiq Abış oğlu Mailovun doğum günündə xatirəsi yad edildi

Şəhid Namiq Abış oğlu Mailovun doğum günündə xatirəsi yad edildi