Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Biləsuvarda “SƏBA” şirkətinin avtomobili qəzaya düşüb, ölən var


Biləsuvarda “SƏBA” şirkətinin avtomobili qəzaya düşüb, ölən var

16 dekabr 2023, Şənbə
328
0
Ələt-Astara magistralında ağır yol qəzası baş verib.

“Regionpress.az” xəbər verir ki, magistralın Biləsuvar rayonundan keçən hissəsində yük avtomobili qarşıda dayanan yük avtomobilinə çırpılıb.

Qəzada Lənkəran rayonunun Liman şəhər sakini 1995-ci il təvəllüdlü Vüqar Heyrət oğlu Əsgərli ölüb. Həmin nəqliyyat vasitəsinin sürücüsü Lənkəran rayonunun Hirkan qəsəbə sakini 1965-ci il təvəllüdlü Tofiq Abbas oğlu Salahlı baş nahiyəsindən xəsarət alaraq Biləsuvar Rayon Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, onların  qəzaya düşdüyü nəqliyyat vasitəsi “SƏBA” şirkətinə məxsusdur. Toyuq ətinin satışını həyata keçirirlərmiş.

Faktla bağlı araşdırma davam etdirilir.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan