Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Köhnə Ələt-Astara yolunda avtomobil qəzası olub, ölən və yaralılar var


Köhnə Ələt-Astara yolunda avtomobil qəzası olub, ölən və yaralılar var

30 iyun 2023, Cümə
1 969
0
Biləsuvarda ağır yol qəzası baş verib.

"Bilesuvarinfo" 
xəbər verir ki, məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Ağcabədi rayon sakini, Nazim Abbasov idarəetdiyi minik avtomobilini qəfildən yolun kənarına aşırıb. Hadisə nəticəsində avtomobildə olan sürücünün ailə üzvləri - 1975-ci il təvəllüdlü Aynur Abbasova, 1997-ci il təvəllüdlü Ayşən Əbdülhəsənli, 1993-cü il təvəllüdlü Şəhriyar Əbdülhəsənli, 2017-ci il təvəllüdlü Ə. Əbdülhəsənli və 2021-ci il təvəllüdlü T. Əbdülhəsənli müxtəlif bədən xəsarətləri alıb. Onlar rayon xəstəxanasına aparılıb. Sürücü N. Abbasov isə dünyasını dəyişib. İlkin məlumata görə, sürücü hadisədən əvvəl ürəktutmasından vəfat edib. 

Məlumata görə, ailə üzvləri Masallı rayonundan istirahətdən qayıdırmışlar.

Faktla bağlı araşdırma aparılır.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan