Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Sünnət olunan şəhid övladlarına toy çalındı


Sünnət olunan şəhid övladlarına toy çalındı

08 noyabr 2023, Çərşənbə
643
0
Şəhid Tehran Cəfərovun  övladlarına kiçik toy məçlisi təşkil olunub.

"Bilesuvarinfo"
xəbər verir ki, şəhidimizin azyaşlı övladları Nadir və  Sənur sünnət olunması münasibətilə onlara Biləsuvar rayonunda toy çalınıb.

Qeyd edək ki,  Cəfərov Tehran Nadir oğlu 1992-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olub.  Silahlı Qüvvələrimizdə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu ximət göstərib. 
Vətən müharibəsində Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. Döyüşlərdə rəşadətlərinə görə "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilmişdir.

Şəhidimizin 10 yaşlı qızı Nahidə, 8 yaşlı Nadiri, 7 yaşlı Senuru Vətənə əmanətdir.

Şəhidimizə Allah rəhmət eləsin, ruhu şad olsun!.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan