» » Biləsuvar rayonunda kənd təsərrüfatı işçilərinin peşə bayramı qeyd olundu


Biləsuvar rayonunda kənd təsərrüfatı işçilərinin peşə bayramı qeyd olundu

Biləsuvar rayonunda kənd təsərrüfatı işçilərinin peşə bayramı qeyd olundu.

"Bilesuvarinfo"nun xəbərinə görə, 1 Noyabr-Kənd Təsərrüfatı işçilərinin peşə bayramı günü ilə əlaqədar Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Nurəddin Quliyev və mərkəzinin əməkdaşları Heydər Əliyev parkına gələrək Ulu Öndərin abidəsini ziyarət edib, əziz xatirəsinə tər çiçəklər düzdülər.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və Milli Məclisin deputatı Bəhruz Məhərrəmov  peşə bayramları münasibətilə rayonda kənd təsərrüfatı sahəsində çalışanları təbrik edərək, onlara işlərində yeni-yeni uğurlar arzulayıblar.

Tədbirdən sonra İcra Başçısı və Milli Məclisin deputatı rayonda pambıq sahələrinə baxış keçirərək, pambıq yığımının vəziyyəti ilə maraqlanıblar. 

Pambıqçılara uğurlar arzulayan İcra başçısı rayonda pambığın tez və itkisiz yığımı ilə əlaqədar bütün maşın və mexanizmlərin, pambıqyığan kombaynların yığıma cəlb olunduğunu bildirib.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan