- 25 oktyabr, 07:30
- 516 dəfə oxunub
- 0
İtkin şəhid Yaşar Əliyev anıldı
“Bilesuvarinfo” xəbər verir ki, YAP Biləsuvar tayon təşkilatının sədri Kamil Qurbanlı, ərazi partiya təşkilat sədrləri və digər qonaqlar rayonun Bağbanlar kəndində olaraq şəhidin doğmaları ilə görüşüb.
Görüşdə K.Qurbanlı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuzun parlaq qələbəsindən söz açarkən vurğuladı ki, Birinci Qarabağ müharibəsində minlərlə Vətən oğlu öz canlarını ərazi bütövlüyümüz üçün fəda etdi, ancaq həmin illərdə ölkədəki hakimiyyətsizlik uğursuzluqla nəticələndi: “Vətən müharibəsində bütün dünya bir daha şahid oldu ki, Azərbaycan qəhrəmanlar diyarıdır. Ötən illərdə yetişən gənc nəsil, mənfur qonşuların xalqımızın başına gətirdiyi müsübətləri oxuyub, eşiddikcə, onlarda intiqam hissi aşıb-daşdı, müharibədə ölməz şücayətləri sayəsində ərazi bütövlüyümüz tezliklə bərpa oldu, şəhidlərimizin qanı yerdə qalmadı. Artıq geridə qalan 3 ildə cənab Prezidentin möhkəm iradəsi və qətiyyəti sayəsində, işğaldan azad olunan torpaqlara da yeni nəfəz verilir. Düşmənin xarabalığa çevirdiyi tarixi torpaqlarımız, yur yerlərimiz əsl tikinti meydançasıdır. Həmçinin bu torpağlarda qanları tökülən, itkin düşən onlarla şəhidimizin nəşinin qalıqları bu torpaqlarda müəyyən edilərək, doğmalarına təhvil verilib. Arzumuz budur ki, 30 il bundan öncə canını Vətənə quran verən Yaşar Əliyevə də dogma kəndinin torpağı qucaq açsın.”
Partiya fəalı, “Azərpoçt” Biləsuvar filialının məsul əməkdaşı Ramil Ağayev bildirdi ki, indi şəhidimizlə bağlı ziyarətlər zamanı mənən rahatıq ki, onların ruhu şaddır. Şəhidlərimizin qanı yerdə qalmadı, onlar öz qəhrəmanlıqları ilə tarix yazdıqlar: “Bizlə bir kollektivdə çalışan, şəhid Yaşar Məcidovun oğlu Elmdarın atası şəhadətə qovuşanda 2 yaşı olub. O, bu illərdə həmişə atasızlığın acısını bizimlə bölüşüb, ancaq şanlı qələbəmizdən sonra, uğurunda atasının qanı tökülən torpaqları gördükcə qürur hissi keçirir ki, atamın qanı yerdə qalmadı!. Ulu Yaradandan diləyirik ata üzünü görməyən Elmdara atasının məzarı başında müqəddəs ruhuna dualar oxumaq nəsib olsun. Onu da bildirim ki, mənim ad günümün şəhidimizlə eyni tarixə təsaadüf etdiyindən burada keçirməyi özümə şərəf bilirəm. ”
Görüşdə şəhid ailələrinə dövlət qayğısından razılıq edən Məcidovlar ailəsi bu diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə etdilər.
Qeyd edək ki, şəhid Yaşar Məcid oğlu Əliyev 25 oktyabr 1963-cü ildə Biləsuvarın Bağbanlar kəndində anadan olub. Sovet ordusunda həqiqi hərbi xidmətdə olub. O, 1993-cü ildə qaynı və dostunun şəhidliyindən sonra, çalışdığı işindən ayrılıb könüllü olaraq döyüşlərə qatılıb. Cəbhədə uğurlu döyüş əməliyyatlarında iştirak edib. 1993-cü ilin 13 iyulunda Ağdam uğurunda döyüşlərdə itgin düşüb.
Şəhid Y. Əliyevin müharibəyə gedəndə 1 və yaşlarında 2 oğul övladı olub. Kiçik övladı Ceyhun ötən il, 29 yaşında bədbəxt hadisə səbəbindən vəfat edib.
Allah şəhidlərimizə rəhmət eləsin!