Rayonda pambığın tez və itkisiz yığımını təşkil etmək məqsədilə bütün maşın və mexanizmlər, pambıqyıganlar hazır vəziyyətə gətirilib və bu sahədə işlərin operativliyini təmin etmək məqsədilə qərargah yaradılıb.
Biləsuvar rayon İcra Hakimiyyətindən
"BİLESUVARİNFO"-ya verilən məlumata əsasən bildiririk ki, 2022-ci ildə Biləsuvar rayonunda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri tərəfindən 7458.9 min hektar sahədə pambıq əkilmişdir ki, bunun da 1550,9 hektarı “MKT İstehsal Kommersiya” MMC ilə, 2550 hektarı “Azərpambıq” MMC ilə, 1500 hektarı “P-Agro” MMC ilə, 1416 hektarı "Cotton Trade" MMC ilə, 300 hektarı "Taşobası" MMC ilə, 100 hektarı "Aztəsərrüfat" MMC ilə və 42 hektarı isə "AŞİB" MMC ilə bağlanmış müqavilələr əsasında həyata keçirilmişdir.Pambıq əkən mülkiyyətçilərimiz bu il sahələrdən yüksək məhsuldarlıq əldə etmək üçün var qüvvələri ilə çalışaraq aqrotexniki işləri vaxtında və keyfiyyətlə aparmışlar. Artıq sahələrdən məhsulun toplanmasına başlanılmışdır.
Qeyd edək ki, biləsuvarlı “ağ qızıl” ustaları əvvəlki illərdə olduğu kimi, bu təsərrüfat ilində də pambıq sahələrindən yüksək məhsuldarlıq əldə etməyi qarşılarına məqsəd qoyaraq, strateji məhsulun tədarükündə əvvəlki illərdə olduğu kimi bu il də respublikanın qabaqcılları sırasında durmağı hədəfləyirlər.Bu il rayonda hər hektardan 30 sentnerə yaxın pambıq yığılması planlaşdırılır.
Biləsuvar rayon İcra Hakimiyyəti məhsul yığımında hər bir pambıqçıya uğurlar arzulayır!