Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » I Qarabağ müharibəsi şəhidinin anım günündə xatirəsi yad edildi


I Qarabağ müharibəsi şəhidinin anım günündə xatirəsi yad edildi

11 sentyabr 2023, Bazar ertəsi
461
0

Sentybar ayının 11-də Biləsuvar rayonunun Dəvrişli kəndində I Qarabağ müharibəsi şəhidi Sultanov Nemət Mirişıq oğlunun anım günü münasibətilə ata yurdu ziyarət edilib. Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Rayon Ağsaqqallar şurasının sədri Akif Kazımov, Dəvrişli kənd ərazi partiya təşkilatının sədri Sakit Şərbətov, şəhidin ailə üzvləri və partiya fəalları iştirak ediblər.

Tədbirdə qəhrəman Şəhidimizin  şərəfli döyüş yolundan söz açılmış xatirəsi yad edilmişdir. İştirakçılar bildirmişlər ki, Azərbaycan xalqının qüruru, fəxri olan Şəhidlərimizin xatirəsinin daima əziz tutulacaq, dövlətimiz hər zaman Şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.

Daha sonra kənd qəbirstanlığında şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Məlumat üçün qeyd edək ki,Azərbaycan Ordusunun əsgəri olmuş şəhid Sultanov Nemət Mirişıq oğlu 23 avqust 1973-cü ildə Biləsuvar rayon Dəvrişli kəndində anadan olub. 9 mart 1992-ci ildə Biləsuvar Rayon Hərbi Komisarlığı tərəfindən hərbi xidmətə çağrılmışdır. 16 avqust 1992- ci ildə Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə şəhid olub, 11 sentyabr 1992-ci ildə Dəvrişli kənd qəbirstanlıqında dəfn olunmuşdur. Ölümündən sonra adı əbədiləşdirilərək təhsil aldığı Dəvrişli kənd tam orta məktəbinə və kəndin küçələrindən birinə verilmişdir.

Allah rəhmət eləsin!                    


Müzakirə edin

Həmçinin oxuyun:

Şəhidlərin doğum günündə xatirələri anılıb
07 sentyabr 2023, Cümə axşamı
Şəhidlərin doğum günündə xatirələri anılıb
Şəhid leytenant doğum günündə anılıb
22 iyun 2023, Cümə axşamı
Şəhid leytenant doğum günündə anılıb
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan