Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Səmədabad kəndində səyyar qəbul olub


Səmədabad kəndində səyyar qəbul olub

07 iyul 2023, Cümə
807
0
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov 2023 - ci ilin iyun ayında vətəndaşların qəbul planına uyğun olaraq rayonun kəndlərində səyyar qəbul keçirir.

“Bilesuvarinfo” xəbər verir ki, Faiq Qürbətov bu gün növbəti səyyar qəbulu Səmədabad kənd sakinləri ilə keçirib. Qəbulda Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak edib.

Qəbul zamanı Faiq Qürbətov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda və rayonumuzda görülən işlər barədə Səmədabad kənd sakinlərinə ətraflı məlumat verib. 

Sonra Rayon İcra Hakimiyyətinin başçısı kənd sakinlərinin təkliflərini, istəklərini dinləyib və onları narahat edən problemləri məsul şəxslərin iştirakı ilə araşdırıb. Səsləndirilən bir çox məsələlər yerində həll edilib, icrası zaman tələb edən məsələlər isə icra üçün nəzarətə götürülüb.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan