Faiq Qürbətov növbəti səyyar qəbulu Təzəkənd kənd sakinləri ilə keçirdi
"BİLESUVARİNFO" xəbər verir ki, səyyar qəbulda Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının müavinləri, şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak edib.
Səyyar qəbul zamanı Faiq Qürbətov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda və rayonumuzda görülən işlər barədə Təzəkənd sakinlərinə ətraflı məlumat verib.
Sonra Rayon İcra Hakimiyyətinin başçısı kənd sakinlərinin təkliflərini, istəklərini dinləyib və onları narahat edən problemləri məsul şəxslərin iştirakı ilə araşdırıb.Səsləndirilən bir çox məsələlər yerində həll edilib, icrası zaman tələb edən məsələlər isə icra üçün nəzarətə götürülüb.