Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Faiq Qürbətov Bolqarçay su anbarındakı təmir işlərinə baxış keçirib


Faiq Qürbətov Bolqarçay su anbarındakı təmir işlərinə baxış keçirib

30 iyun 2023, Cümə
1 608
0

Faiq Qürbətov Bolqarçay su anbarında aparılan təmir işlərinə baxış keçirib.
 
"Bilesuvarinfo" 
xəbər verir ki, may-iyun aylarında Bolqarçay çayında suyun artması nəticəsində yaranan sel suları Bolqarçay su anbarının çıxışındakı suburaxıcı şlüzlərdə müəyyən çatlar əmələ gətirmiş və  sutullayıcı kanallarda beton hissələri dağıtmışdır.

Hazırda sel sularının Bolqarçay su anbarında yaratdığı fəsadları aradan qaldırmaq üçün Biləsuvar rayon Suvarma Sistemlər İdarəsi tərəfindən  təmir işlərinə başlanılmışdır.

Su anbarında aparılan təmir işlərinə baxmaq üçün əraziyə gələn Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətova burada görülən işlər barədə məlumat verildi ki, anbarda ilk növbədə şlüzlərdəki çatlar bərkidilir və sutullayıcı kanallarda dağılmış hissələrə beton plitələr yerləşdirilir.Sonra isə su hövzəsinin ehtiyac yaranan hissələrində bəndvurma və təmizləmə işləri aparılacaqdır.

İcra başçısı aparılan təmir işləri ilə bağlı tapşırıqlarını verdi.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan