Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Yenidən sel təhlükəsi yaranıb


Yenidən sel təhlükəsi yaranıb

19 iyun 2023, Bazar ertəsi
558
0

Biləsuvar rayonunda yenidən sel təhlükəsi yaranıb. 

"Bilesuvarinfo"
xəbər verir ki, bu gün səhər saat 06:00-dan başlayaraq İran İslam Respublikası ərazisindən təxminən 50-55 kubmetr/saniyə sürəti ilə böyük su kütləsinin Bolqarçay çayı vasitəsilə rayon ərazisinə daxil olması nəticəsində  sel təhlükəsi yaranmışdır.

Sel sularının qarşısının alınması məqsədilə Biləsuvar Rayon İcra Hakimiyyətinin, rayon Polis şöbəsinin, FHN-in Muğan Regional Mərkəzi və aidiyyəti idarə, müəssisə və təşkilatların  iştirakı ilə yaradılmış qərargahın rəhbərliyi ilə gecə boyu texnikalar vasitəsilə çay üzərində qabaqlayıcı tədbirlər həyata keçirilmiş, Bolqarçay su anbarında yığılmış su kütləsi vaxtında boşaldılaraq daxil olan sel sularının  bir hissəsi su anbarına, digər hissəsi Mahmudçala ərazisinə yönəldilmişdir.

Bundan əlavə çayın müxtəlif hissələrində bəndvurma və sahilbərkitmə işləri aparılmışdır. Hazırda Bolqarçayda suyun səviyyəsinin artması davam etsə də,  görülmüş tədbirlər nəticəsində, sel suları heç bir dağıntı və təlafata səbəb olmamışdır. 

Selin yarada biləcəyi fəsadların qarşısının alınması və sakinlərin təhlükəsizliyi məqsədilə çayboyu yerləşən yaşayış məntəqələrinin icra nümayəndələrinə xəbərdarlıq edilmişdir ki, lazım gələrsə əhalini məlumatlandırmaları üçün hazırlıqlı olsunlar.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan