» » Biləsuvarda qurbanlar kəsilib, imkansız ailələrə yardımlar çatdırılıb


Biləsuvarda qurbanlar kəsilib, imkansız ailələrə yardımlar çatdırılıb

Dünya müsəlmanlarının müqəddəs Qurban Bayramı hər il olduğu kimi bu il də ölkəmizdə geniş şəkildə qeyd olunur.

“Bilesuvarinfo” xəbər verir ki, respublikamızın digər hüdüdlarında olduğu kimi  Biləsuvar rayonunda Qurban bayramı münasibətilə tədbirlər keçirilib.

Biləsuvar rayon  İcra  Hakimiyyəti tərəfindən müqəddəs bayram münasibətilə 600 - ə yaxın aztəminatlı ailəyə maddi yardımlar ödənilib. Biləsuvar Rayon  İcra  Hakimiyyətinin təşkilatçılığı ilə, Bakı şəhərindən təşrif buyurmuş bir çox iş adamları (həmçinin Türkiyədən təşkilat) bayram sovqatlarını  Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və  digər imtiyazlı ailələrə çatdırıb. Rayon mərkəzində və kəndlərində iş adamları və imkanlı şəxslər kəsdirdikləri  qurbanlıqları imkansız ailələrə paylayıb.

Rayonda fəaaliyyət gösətən bir çox təşkilatlarda da ( Biləsuvar Regional Mədəniyyət İdarəsi, 40 saylı Yol İstismarı İdarəsi, Biləsuvar "Yaşıl Ada"  aqroparkı, “Bilasuvar Aqro” MMC, Biləsuvar Betonzavod və s. ) ağsaqqallar və rayon ictimaiyyətinin nümayəndələrinin  iştirakı ilə qurbanlıqlar kəsilib. Çıxış edənlər bu müqəddəs gündə müsəlmanların Allaha olan sədaqətlərinin nümayişindən, bir-birinə qarşılıqlı hörmət etməsinə xidmət etməsindən söz açıb.

Qeyd olunmuşdur ki,  xalqımız artıq üçüncü ildir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan əsgərinin rəşadəti sayəsində Qurban bayramını Vətən müharibəsində Zəfər qazanmış qalib xalq kimi, Qələbə ab - havasında qarşılayır və qeyd edir. Prezidentin müdrük siyasəti sayəsində Azərbaycanın dünya dövlətləri arasında nüfuzu daha da möhkəmlənməkdədir.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR