» » Biləsuvarda qurbanlar kəsilib, imkansız ailələrə yardımlar olunub


Biləsuvarda qurbanlar kəsilib, imkansız ailələrə yardımlar olunub

Azərbaycanda Qurban bayramı qeyd olunur

“Bilesuvarinfo” xəbər verir ki,  Biləsuvar rayonunda Qurban bayramı münasibətilə tədbirlər keçirilib.

Biləsuvar rayon  İcra  Hakimiyyəti tərəfindən müqəddəs bayram münasibətilə 800 - dən artıq aztəminatlı
ailəyə maddi yardımlar ödənilib.

Biləsuvar Rayon  İcra  Hakimiyyətinin 
təşkilatçılığı ilə Heydər Əliyev Fondunun bayram sovqatı Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və  digər imtiyazlı ailələrə çatdırılıb. 
Görüşlərdə aidiyyəti təşkilatların kollektivləri, ağsaqqallar və rayon ictimaiyyətinin nümayəndələri  iştirak  edib. Çıxış edənlər bu müqəddəs gündə müsəlmanların Allaha olan sədaqətlərinin nümayişindən, bir-birinə qarşılıqlı hörmət etməsinə xidmət etməsindən söz açıb.

Qeyd olunmuşdur ki, Azərbaycan xalqı artıq ikinci ildir ki, Qurban bayramını Vətən müharibəsində Zəfər qazanmış qalib xalq kimi, Qələbə ab - havasında qarşılayır və qeyd edir.

Rayon mərkəzində və kəndlərində iş adamları və imkanlı şəxslər də kəsdirdikləri  qurbanlıqları imkansız ailələrə paylayıb.

Qeyd edək ki,  Nazirlər Kabinetinin Qərarına əsasən, bu il Qurban bayramı iyulun 9-u və 10-u qeyd edilir.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) tövsiyələrində isə deyilir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən, Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 9 iyul tarixinə təsadüf edir. Şəriətə uyğun olaraq Qurban kəsimi 9 iyul tarixindən başlayaraq 3 gün davam edə bilər.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR