Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Bolqarçayın yuxarı axınında suyun səviyyəsi azalıb


Bolqarçayın yuxarı axınında suyun səviyyəsi azalıb

31 may 2023, Çərşənbə
1 718
0

Biləsuvar rayonunda sel təhlükəsi yaşanan Bolqarçayında azalma müşahidə olunur.

"Bilesuvarinfo"nun məlumatına görə, hazırda çayın yuxarı axınında suyun səviyyəsi 1,5 metrə yaxın azalıb.

Həmçinin çayın aşağı axınında, rayonun Xırmandalı kəndində suyun səviyyəsi artsa da, texnikaların müdaxiləsi nəticəsində vəziyyət nəzarət altına alınıb.

Qeyd edək ki, mayın 31-i saat 02:00 radələrində İran ərazisindən böyük su kütləsi Bolqarçay çayı vasitəsilə rayon ərazisinə daxil olub. Sel sularının qarşısının alınması xüsusi qərargah yaradılıb.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan