» » Mənə dəstək olan hər kəsə minnətdaram


Mənə dəstək olan hər kəsə minnətdaram

Mən 3 ildir çoxsaylı mononevropatiya xəstəliyindən əziyyət çəkirəm. Aldığım davamlı müalicələr müsbət nəticə vermədikdə, həkimlər xəstəlikdən xilas yolu üçün, mənə təcili İVIG (insan immunoqlobulini) vurulmasına göstəriş verdilər. Ancaq bu iynənin alınması üçün lazım olan 14000 manat vəsait  mənim imkanlarımdan çox xaric idi. Çox sıxıntılar keçirir, belə bir çətin durumda nə edəcəyimi bilmirdim...

Biləsuvarın Nəsimi kəndinin sakini Rufullayev Ilqar Babaş oğlu “Biləsuvarinfo”ya ünvanladığı məktubda daha sonra aşağıdakıları qeyd edir:

-Səhhətimdəki ağrıların da daha şiddətlənməsi, əl və ayaqlarımın hərəkətsizliyi  məni anlamsız bir duruma gətirirdi. Düşünürdüm: müraciətimə müsbət cavab veriləcəklərmi?, verilsə də çox gec olacaq, şikəst olaram və s.

Belə bir məqamda dostlar mənə Milli Məclisin deputatı, Millət vəklimiz Bəhruz Məhərrəmovun rayonda olduğunu, ona müraciət edib problemimi çatdırmağı tövsiyə etdilər. Məni həssaslığla dinləyən Bəhruz müəllim bildirdi ki, dövlətimiz hər bir vətəndaşının arxasındadır. Sənin müraciətinə aidiyyəti üzrə tezliklə baxılmasına və müsbət həlli üçün öz səlahiyyətlərim çərçivəsində çalışacağam - dedi. Və bu elə də oldu, Bəhruz müəllim mənə çətin vəsiyyətdə öz dəstəyini əsirgəmədi.. .

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”i (TƏBİB) tərəfindən mənim müalicəmə dərhal reaksiya verildi. Bakı şəhərində müayinə və müalicəyə cəlb olundum. TƏBİB kollektivinin müalicəmçün operativ və həssas yanaşması, göstərilən qayğı xəstəliklə mübarizə apardığım çətin durumda, mənə həyatda yaşamaq ümüdü verdi. Vaxtaşırı olaraq, müalicə prosesi ilə məlumatlandırıldım, nəzərdə tutulan vaxtda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən, mənə vurulması üçün lazım olan 166 q. İVIG (insan immunoqlobulini) üçün vəsait ayrılır.

Bu müddət ərzində Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Terapeya şöbəsində də müalicələrim davam etdirildi. Baş həkim Zakir Xammədov  müalicə proseduru və göndərilən hemoqlobinin vurulması üçün lazım olan şəraitin yaradılmasına tapşırıq verdi. Bacarıqlı tibb heyyəti mərhələli olaraq müalicəmi, immunoqlobulinin vurulmasını həyata keçirir. "Dərdinin dərmanını ala bilməyəsən - bu böyük dərddi" çağırışıma səs verən xeyixah insanlar, həmkəndlilərim də müalicəmdə maddi dəstək oldular.

Əgər dövlətimizin, xeyirxah insanların bu dəstəyi olmasaydı, səhhətindəki problemin hər ötən gün kəskinləşməsi tezliklə məni iflic edə bilərdi. Bu gün malicələrim öz müsbət nəticəsini verməkdədir. Səhhətimdə müsbət dönüşü hər gün hiss edirəm.

Mən fürsətdən istifadə edib, göstərilən diqqətə görə Milli Məclisin deputatı Bəhruz Məhərrəmova, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”inin rəhbərliyinə və onun  kollektivinə minnətdarlığımı bildirirəm. Bir ölkə vətəndaşı kimi sevinirəm ki, ölkəmizdə insanlara digər sahələrlə yanaşı, səhiyyə xidmətinin yüksəldilməsi üçün mühüm işlər görülüb. Heç şübhəsiz, bütün bu imkanlar cənab Prezident İlham Əliyevin müdrük və uzaqgörən siyasəti sayəsində mümkün olub. Ölkəmizi parlaq gələcəyə doğru inamla aparan Prezidentimizə Ulu Yaradandan can sağlığı arzu edirəm.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR